Əlaqə Arxiv
news Image
2014.02.26
16:52
| A A A
Şadlıq evlərində mikrobioloji çirklənmə aşkarlanıb

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 464, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib.  Şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Yanvar ayı ərzində əhali arasında 65 qida zəhərlənməsi hadisəsi baş verib, 67 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib və nəticədə 8 nəfər zərər çəkib.

Sizin Reklam Yeriniz