Əlaqə Arxiv
news Image
2014.02.26
18:55
| A A A
“Rayonda vəhhabi təhlükəsi hiss etmirəm” – İcra başçısı
İsmayıllının icra başçısı Mirdamət Sadıqov rayonun Mican kəndindəki məscidin bağlanmasına aydınlıq gətirib. 

Fevralın 26-da "Media forum"a açıqlama verən başçı bildirib ki, ibadət evi sırf təmir-bərpa işlərinə görə fəaliyyətini dayandırıb, başqa hallar haqqında heç bir məlumat yoxdur: "Vətəndaşların vəhhabi təriqətlilərdən şikayətinə gəldikdə, bizə bu haqda heç nə daxil olmayıb. Şikayətdən xəbərim yoxdur, rəsmən məktub almamışam. İcma rəhbərləri var, onlar məscidlərlə məşğuldur. Rayonda vəhhabi təhlükəsi hiss etmirəm. İsmayıllıda tam sakitlikdir. Nə vəhhabi, nə də başqa birisinin təhlükəsi var. Dini təriqətlər öz işini görür. Onlar yalnız həftənin beşinci günü yığışır, cümə namazı qılırlar. Əgər vəhhabilik varsa, onların artma, azalma meyli də var. Son vaxtlar Suriya məsələləri ortaya çıxdıqdan kimlərsə bir az ruhlana bilər, amma mən onlarla bağlı bir problemlə rastlaşmamışam".

Sizin Reklam Yeriniz