Əlaqə Arxiv
news Image
2014.02.26
18:38
| A A A
Siyavuş Novruzov: “Günel Mövludun qanında erməni qanı var”

"Ancaq qanında qarışıq olan adam belə müraciət edə bilər".Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında Günel Mövludun ermənilərə müraciətinə münasibət bildirərkən deyib. YAP rəsmisi qeyd edib ki, G. Mövluda bu günə qədər Azərbaycanda nə yaradıcılığı, nə ictimai-siyasi fəaliyyəti, nə də hansısa hərəkəti ilə bağlı qadağalar olmayıb: "İndiyə qədər nə təqib, nə təzyiq olub. Amma necə olur ki, o, xaricdə sığınacaq alır? Sığınacağı ona nəyə görə, hansı əsaslara görə veriblər? Bu, qaranlıq məsələdir. Burdan bəlli olur ki, onun qanında erməni qanı var, elə buna görə də sığınacaq veriblər. Bu baxımdan belə insandan bundan başqa heç nə gözləmək olmaz".

S. Novruzov hesab edir ki, yalnız qanında qarışığı olan adam Xocalı faciəsinin ildönümü günü azərbaycanlıların başına bu faciəni açan ermənilərə belə bir müraciət edə bilər.

Sizin Reklam Yeriniz