Əlaqə Arxiv
news Image
2014.02.26
19:15
| A A A
Suriyada öldürülən 175 silahlının içərisində azərbaycanlılar da var

Suriyanın paytaxtı Dəməşqdə Əsəd ordusu 175 silahlını öldürüb. Teleqraf.com xəbər verir ki,  bu barədə Suriyanın rəsmi  SANA agentliyi xəbər yayıb.  Paytaxtın Guta bölgəsində keçirilən əməliyyat nəticəsində Əl Qaidəyə bağlı Nusra və İslami cəbhəyə bağlı Tugayı qruplarına mənsub müxaliflər öldürülüb.  Öldürülənlər Qətər, Çeçenistan, Səudiyyə Ərəbistanı və Azərbaycan vətəndaşlarıdır.SANA agentliyi öldürülən 12 yaraqlının fotolarını internetdə yerləşdirib. Fotolarda öldürülən şəxslərin silahsız olması diqqət çəkir. 

Sizin Reklam Yeriniz