Əlaqə Arxiv
news Image
2014.02.27
13:50
| A A A
Nazirliyə şikayətlər artıb

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.  Movqe.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə,  10 dekabr 2013-cü il tarixindən 25 fevral 2014-cü il tarixinədək Telefon Məlumat Mərkəzinə 7889 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində isə yanvarın 23-dən fevralın 25-dək 5663 vətəndaşa xidmət göstərilib.  

Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Mərkəzlərə daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, məktəbəqədər və ümumi təhsil, işə qəbul, təhsil müəssisələrinin təmiri və bərpası ilə bağlı məsələlər əksini tapıb. Şikayət xarakterli müraciətlər xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib. Cari ilin fevralında Telefon Məlumat Mərkəzinə 3090 zəng daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Sizin Reklam Yeriniz