Əlaqə Arxiv
news Image
2014.02.27
13:53
| A A A
Nömrədaşınma xidmətindən yararlananların sayı artır

Azərbaycanda mobil operatoru 200 abonenti tərk edib. Movqe.az-ın məlumatına görə, bu məlumatı "Azercell Telekom"un Müştəri Xidmətləri departamentinin rəisi Faiq Dadaşov verib. F. Dadaşov bildirib ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlaması ilə əlaqədar artıq şirkətə müraciətlər də  olub: "Mobil nömrələrin daşınması sistemi işə düşdükdən sonra Azercell müştərilərindən 200 nəfər bizi tərk edib. Amma bir o qədər də müştəri "Azercell"i seçib. F. Dadaşov nömrədaşınma xidmətindən yararlananların sayının az olmasını ölkə əhalisinin əksəriyyətində bir neçə mobil telefon var. Ona görə də mobil telefon istifadəçilərinin çoxu eyni zamanda bir neçə mobil operatorun xidmətindən istifadə edir". 

Qeyd edək ki, fevralın 1-dən etibarən respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlanılıb.  

Sizin Reklam Yeriniz