Əlaqə Arxiv
news Image
2014.02.27
14:00
| A A A
Bakı Metropoliteninin yeni rəisinin keçmiş iş yeri bəlli oldu-YENİLƏNİB

YENİLƏNİB 15:10

 Movqe.az ölkə başçısının sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyin olunan Zaur Hüseynovun kimliyini araşdırıb. Movqe.az-ın əldə etdiyi xəbərə görə, Bakı Metropoliteninin rəisi təyin olunan Zair Mir Tofiq oğlu Hüseynov bu vəzifəyə təyin olunana qədər "Bakıelektrikşəbəkə" ASC sədrinin müavini vəzifəsini tutub. Bu faktı "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də təsdiqləyib. Z.Hüseynovun əvvəllər "Qaradağ-Sement" ASC-ni baş müsahibi də olduğu bildirilir. Movqe.az-ın əməkdaşı Z. hüseynovun mobil telefonu ilə onunla əlaqə saxlamağa cəhd etsə də, yeni rəis telefonuna cavab verməyib.





***

Prezident İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Movqe.az xəbər verir ki, sərəncamqa qeyd edilib ki, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Cəmiyyət Bakı Metropolitenin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı cəmiyyətə keçib.Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.Nazirlər Kabinetinə prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısna təqdim etməlidir.Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək həvalə edilib.

Sizin Reklam Yeriniz