Əlaqə Arxiv
news Image
2014.02.27
16:50
| A A A
Yanukoviç hələ də özünü prezident hesab edir

Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç Rusiyaya təhlükəsizlik zəmanəti üçün müraciət edib və bu müraciəti qəbul olunub.  Bu haqda Movqe.az "washingtonpost"a istinad edir.Yanukoviç hələ də Rusiyanın yeni təşkilatlarına görə özünü hüquqi Prezident hesab edir və inanır ki, onun tərəfdarları dekabrda keçirilməsi planlanan Prezident seçkilərinə kimi Yanukoviçin hakimiyyətdə qalması müqaqviləsini imzalayacaq. Ötən həftə, Yanukoviç Ukraynadan gedəndən sonra, parlament deputatları onun getməsi üçün səs vermiş, mayın 25-nə seçkilər təyin olunmuşdu. 

Yanukoviç hazırki höküməti qanunsuz adlandırıb. Etiraz lideri və yeni baş nazir Arseniy Yatsenyuk isə, Yanukoviçin artıq prezident olmadığını bəyan edib: "O, artıq prezident deyil, sadə vətəndaşların ölümünə səbəb olan və axtarılan cinayətkardır". Ukrayna rəsmiləri, Yanukoviçin Haqa Beynəlxalq Kriminal Məhkəməsi tərəfindən cəzalandırılmasını tələb edir. 


Sizin Reklam Yeriniz