Əlaqə Arxiv
news Image
2014.02.27
17:50
| A A A
Yük avtomobilləri yenə yolların qəniminə çevrilib
Kamran Əliyev: «Hətta karxanaların çıxışında da avtomobillərə nə qədər yükün vurulumasını ölçmək üçün xüsusi tərəzilər qoyulub»

Məlumat verildiyi kimi, bu günlərdə  Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yenidən müraciət edib. Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratsa da, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır. Onun sözlərinə görə, yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir. Bəs nəyə görə hələ də bu problem öz həllini tapa bilmir? 

Hüquqşünas Ərşad Hüseynov qeyd edir: "Nəqliyyat Nazirliyində yollara nəzarət edən xüsusi orqan var. Xaricdən xüsusi tərəzilər gətirilib. Tərəzilər avtomobilin xəbəri olmadan da onun çəkisinin normadan artıq olmasını müəyyənləşdirə bilər. 

Burada şirkətlərin də günahı az deyil. Əksər hallarda sürücü işinə görə sadəcə, əmək haqqı alır. Avtomobil isə hansısa şirkətə aid olur. Sürücü də, yükün sahibi, onu göndərən və qəbul edən də bilir ki, bu avtomobilin icazə verilən maksimum kütləsi var. Nazirlər Kabinetinin qərarı var ki, hər bir oxa görə maksimum nə qədər yük düşür. Yük parametrlərinin dəqiq meyarları, göstəriciləri var. Normadan artıq olanda yola çıxmaq olmaz. Bundan başqa, İnzibati Xətalar Məcəlləsində bununla bağlı kifayət qədər sərt cəza var. 1500 manat cərimə nəzərdə tutulur. Əgər təkrar törədilərsə, sürücülük vəsiqəsinin şəxsin əlindən alınmasına qədər gedə bilər məsələ".

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Kamran Əliyev isə Nəqliyyat Nazirliyi ilə birgə Dövlət Yol Polisi əməkdaşlarının həyata keçirdikləri tədbirlərdən danışıb: "Addımlar atılır. Nəqliyyat Nazirliyi ilə Dövlət Yol Polisi əməkdaşları birgə tədbirlər keçirirlər. Hətta karxanaların çıxışında da avtomobillərə nə qədər yükün vurulumasını  ölçmək üçün xüsusi tərəzilər qoyulub ki, bilavasitə artıq yüklənmənin qarşısını elə yerindəcə almaq olsun. Yollarda da bir neçə kilometrdən bir xüsusi tərəzilər var ki, avtomobil saxlanılmadan belə o tərəzinin üzərindən keçəndə avtomatik ölçmə cihazı vasitəsilə yük daşıma qaydasının pozuntusu dərhal qeydə alınır. Sözsüz ki, cərimələr də yüksəkdir. Hüquqi şəxslər üçün 1500 manat, fiziki şəxlər üçün isə 600 manatdan başlayır. Ona görə, cərimələrin yüksək olması da artıq həm sürücülərdə, həm fiziki və hüquqi şəxslərdə məsuliyyəti artırır. Və ümid edirik ki, bu yollarla baş verən qayda pozuntularının qarşısı alınacaq".


Sizin Reklam Yeriniz