Əlaqə Arxiv
news Image
2014.02.27
20:59
| A A A
Allahşükür Paşazadə Avropa İttifaqının nümayəndəsini qəbul edib

Görüşdə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud əlaqələr müzakirə edilib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi xanım Malina Mardı onun öz xahişi ilə qəbul edib. 


İdarədən anspress-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud əlaqələrin inkişafı müstəvisində mənəvi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.


Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və xatirə hədiyyəsi təqdim olunub.


Sizin Reklam Yeriniz