Əlaqə Arxiv
news Image
2014.02.27
18:06
| A A A
YAP Cəlilabad rayon təşkilatı: “Yayılan məlumat əsassızdır”

Bəzi internet saytlarında guya "Cəlilabadda bir qrup YAP-çı partiya vəsiqəsini yandırmağa hazırlaşır" başlıqlı yazı dərc edib. Yazıda martın 3-də guya icra başçısına etiraz əlaməti olaraq rayonda keçiriləcək mitinqə hakim partiyanın üzvlərinin də qatılacağı və YAP-ın üzvlük vəsiqələrini yandırmaq niyyətində olduqları bildirilib. Yayılan informasiyalara münasibət bildirən YAP Cəlilabad rayon təşkilatından SİA-ya bildirilib ki, bu barədə onlarda heç bir məlumat yoxdur və rayonda ictimai-siyasi vəziyyət tam sabitdir: "Ümumiyyətlə partiya üzvləri rayonun bütün ictimai-siyasi proseslərinin önündə gedir, ölkə prezidenti, YAP-ın sədri Cənab İlham Əliyevə və partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətləri ilə nümunə göstərirlər. Buna görə də qətiyyətlə bildiririk ki, yayılan həmin yazı əsassızdır, bütövlükdə YAP rayon təşkilatına və üzvlərinə atılmış böhtandır". YAP Cəlilabad rayon təşkilatı yanlış xəbər yayan saytlara müraciət edərək ictimai rəyin çaşdırılmasına və təhrif edilməsinə yönəlmiş belə hallara gələcəkdə yol verilməməsini tələb edib.

Sizin Reklam Yeriniz