Əlaqə Arxiv
news Image
2014.02.27
18:19
| A A A
Azərbaycanlı diaspor rəhbəri: "Krım əhalisi ərzaq ehtiyatı toplayır"
"Ukraynada vəziyyət həddən artıq gərgindir"

Bu sözləri APA TV-yə Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının rəhbəri Rahim Hümbətov deyib. Onun sözlərinə görə, rus qoşunlarının döyüş hazırlığına gətirilməsi barədə yayılan xəbərlər insanları daha da təşvişə salıb: "Bildiyiniz kimi parlamentin üstünə rus bayrağı taxılıb. Camaatı yavaş-yavaş təşviş bürüyür. Mağazalarda növbədir. Camaat ərzaq alır, ehtiyatlanır ki, vəziyyət daha da gərginləşə bilər". Azərbaycanın diaspor təşkilatının rəhbəri mərkəzi hakimiyyətin Krımdakı vəziyyətə təsir etmək iqtidarında olmadığını bildirib: "Bütün Krım əhalisi 2 düşərgəyə parçalanıb. Bir hissəsi istəyir ki, Krım Rusiyanın tərkibinə daxil olsun. Digər hissəsi istəyir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunsun və Krım Ukraynanın tərkibində qalsın. Bütün dava-dalaş bunun üstündədir".

Rahim Hümbətov Krımda yaşayan azərbaycanlılara mümkün qədər çölə çıxmamalarını və iğtişaş baş verən yerlərdən kənar gəzmələrini xahiş edib.

Sizin Reklam Yeriniz