Əlaqə Arxiv
news Image
2014.02.28
10:43
| A A A
Tağı Əhmədov hələ vidalaşmayıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov bu gün kollektivə təqdim olunacaq. 


Bu barədə AzVision.az-a QSC-nin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətinin əməkdaşı bildirib ki, Zaur Hüseynov hələ təqdim olunmadığından işə çıxmayıb: "Çox güman ki, bu gün təqdim olunacaq".


İşdən çıxarılan keçmiş metropoliten rəisi Tağı Əhmədova gəlincə isə, bildirilib ki, o uzun illərdir çalışdığı kollektivlə sağollaşmayıb. "Tağı müəllimə, gəlincə isə o da hələ işçilərlə vidalaşmayıb". 


Qeyd edək ki, metropolitenin yeni rəisi 51 yaşlı Z.Hüseynov əvvəllər "Qaradağ-Sement" ASC-ni baş müsahibi olub. Oradan "Bakıelektrikşəbəkə" ASC-yə rəis müavini gəlib.


Sizin Reklam Yeriniz