Əlaqə Arxiv
news Image
2014.02.28
13:39
| A A A
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər üçün vəsaitlər nəşr edib. Movqe.az komissiyanın saytına istinadən bildirir ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər "Təsviri sənət", "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənətləri", "Memarlıq və dizayn", "Bədən tərbiyəsi və idman" adlanır. Vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilib.

Sizin Reklam Yeriniz