Əlaqə Arxiv
news Image
2014.02.28
15:05
| A A A
Üç rayonda su olmayacaq
Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsini içməli su ilə təmin edən, Maştağa nasos stansiyasından Ramana istiqamətində çəkilmiş 800 mm diametrli magistral su xəttində qəza baş verib. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az daxil olan məlumata görə, qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar 28 fevral və 01 mart 2014-cü il tarixlərində Xəzər, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir. Qeyd edək ki, qəza magistral su xəttinin Yeni Ramana yaşayış massivindən keçən hissəsində baş verib. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra əraziyə baxış keçirilmiş və məlum olub ki, magistral kəmərin mühafizə zolağında fərdi yaşayış evləri tikilib. Buna görə də qəzanın aradan qaldırılması üçün əraziyə texnika cəlbində ciddi çətinliklər mövcuddur. Kəmərin sağ və sol hissələri tamamilə zəbt olunduğundan texnikanı yalnız kəmərlərin üzəri ilə əraziyə cəlb etmək mümkündür. Bu isə kəmərin digər hissələri üçün əlavə təhlükə yaradır. "Azərsu" ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyektləri və digər tikililərin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

Sizin Reklam Yeriniz