Əlaqə Arxiv
news Image
2014.02.28
18:09
| A A A
Yanukoviç: Referendum təklif edirəm

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç , "Problemlərin həll olunması üçün referendum keçirilməsini təklif edirəm" deyib.


Təxminən bir həftədir harada olduğu bilinməyən Viktor Yanukoviç , Rusiyanın Rostov şəhərində təşkil etdiyi mətbuat konfransıyla ortaya çıxıb.


Viktor Yanukoviç , "Ukraynanın gələcəyi üçün , rəhbərliyi güc və qorxuyla ələ keçirənlərlə mübarizəyə davam edəcəyəm . Məni kimsə devirməyib . Ukraynanı , mənə və yaxınlarıma gələn təhdidlər səbəbiylə tərk etmək məcburiyyətində qaldım" deyib.


Yanukoviç , "Müxalifət , üç AB ölkəsi xarici işlər nazirlərinin iştirakıyla imzalanan razılaşmanın şərtlərini yerinə yetirməyib . Ortaya çıxan bütün problemlərin həll edilməsi üçün referendum keçirilməsini təklif edirəm" deyib.


Viktor Yanukoviç , "Ukraynada baş verənlər utandırıcı haldır. Ukrayna xalqından bütün baş verən hadisələr və bunlara mane ola bilmədiyim üçün üzr istəyirəm" deyib.





Sizin Reklam Yeriniz