Əlaqə Arxiv
news Image
2014.02.28
18:20
| A A A
Bakıda daha bir məhkəmə binasının təməli qoyulub (FOTO)

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin yeni binasının təməli qoyulub. Ədliyyə Nazirliyi mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, fevralın 28-də Bakı şəhəri Binəqədi rayon məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və nümayəndələri iştirak ediblər.Ümumi sahəsi 7672 kv.m olan, 4 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.Binəqədi rayon məhkəməsinin yeni binasının təməlinin qoyulduğu mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat verib, bu sahədə Dünya Bankı ilə birgə dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyini və yeni komplekslərin intensiv inşasını vurğulayıb.Nazir son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, eləcə də hakimlərin maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd edib. O, bildirib ki, Binəqədi rayon məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, məhkəmələrə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.F.Məmmədov, həmçinin məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunaraq, bu sahədə strateji prioritetləri müəyyən edən ölkə başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulayıb.Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sizin Reklam Yeriniz