Əlaqə Arxiv
news Image
2014.02.28
18:42
| A A A
2 yaşlı İmranın yaralandığı istirahət mərkəzi rəhbərinin səhhəti pisləşib
"CTF" şirkətinin təsisçisi , "Sumqayıt" Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhəti pisləşib. Bu barədə Publika.Az-a N.İsgəndərovun yaxını məlumat verib. Məlumata görə, hazırda N.İsgəndərov Azərbaycandadır: "Son günlər Nizaminin bel nahiyəsində kəskin ağrılar yaranıb və buna görə də müalicə olunur. Belində yaranan ağırılarla əlaqədar Nizami İsgəndərov işə də çıxmır".Xatırladaq ki, 2013-cü il iyulun 21-də Nizami İsgəndərova məxsus olan "Nabran Holiday Village" istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşmüşdü. Nəticədə azyaşlının bir ayağı kəsilmiş, digəri isə ağır zədələnmişdi.
Sizin Reklam Yeriniz