Əlaqə Arxiv
news Image
2014.02.28
18:55
| A A A
Azərbaycanda dəhşətli qəza

Bakı - Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib.  Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günün ikinci yarasında qeydə alınıb. Samux rayonunun Qovlar Sarı kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Xəlilovun idarə etdiyi "QAZ 24" markalı avtomobillə, Şəmkir rayon Sabirkənd kənd sakini, 1947-ci il təvəllüdlü Rəsul Əliyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. Qəza nəticəsində "QAZ-24"ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, "VAZ 21011" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə dünyalarını dəyişiblər. "QAZ 24"-ün sürücüsü, Elçin Xəlilov və "VAZ 21011"-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz