Əlaqə Arxiv
news Image
2014.02.28
22:39
| A A A
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
Martın 3-də Ukraynanın görkəmli şairi Taras Şevçenkonun anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev Milli Linqivistika Universitetində həmin universitet və Kiyevdə yerləşən Səməd Vurğun adına kitabxana ilə birlikdə "Azərbaycan mənəvi məkanında Şevçenko sözü" mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, tədbirdə universitetin rektoru Roman Vaskonun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Taras Şevçenko adına muzeyin şöbə müdiri Olqa Kosiçka, filologiya elmləri doktoru, professor, Kiyev Milli Linqivistika Universitetində azərbaycan dili və ədəbiyyatı mərkəzinin müdiri Rafiq Novruzov və digər elm xadimlərinin məruzələri dinləniləcək. Tədbirin sonunda Kiyev Milli Linqivistika Universitetinin tələbələri T.Şevçenkonun şerlərini azərbaycan dilində söyləyəcəklər. Ukraynanın aparıcı dövlət xəbər agentliyi olan "ukrinform" bununla əlaqədar Azərbaycan səfirliyinin məlumat proqramını press-relis bölməsində yerləşdirib.
Sizin Reklam Yeriniz