Əlaqə Arxiv
news Image
2014.03.01
13:10
| A A A
Sabahdan temperatur yüksələcək

Bakı və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gündüz mülayim cənub küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz