Əlaqə Arxiv
news Image
2014.03.01
15:15
| A A A
Belçikada “Qafqazda və bölgədə erməni problemi” elmi-praktiki konfrans keçirilib

Movqe.az xeber verir ki ,Fevralın 28-də Belçikanın aparıcı təhsil ocaqlarından biri olan "Brüssel Azad Universiteti"ndə Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyilə "Qafqazda və bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans keçirilib.

Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyindən verilən məlumata görə, konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən Azərbaycan diasporu təşkilatı "Belçika-Azərbaycan Dostluq Cəmiyyəti" olub.

Konfransda çıxış edən səfir Fuad İsgəndərov Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.

Qafqaz üzrə belçikalı mütəxəssis Mişel İvor isə 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı, onun Azərbaycan və bölgə üçün nəticələri haqda məruzə ilə çıxış edib.

Konfransda məruzəçi qismində çıxış edən deputat Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd edib, Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin "Dokuz Eylül" Universitetinin professoru Vəfa Qurban isə ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar məlumat verib.

Konfrans zamanı məruzəçilər dinləyiciləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sizin Reklam Yeriniz