Əlaqə Arxiv
news Image
2014.03.02
10:01
| A A A
Misirin keçmiş prezidenti Mursinin oğlu narkotik maddə saxladığına görə həbs olunub

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin oğlu narkotik maddə saxladığına və qəbul etdiyinə görə ötən gün saxlanılıb.


 "RİA Novosti" verdiyi xəbərə görə, Mursinin kiçik oğlu olan 19 yaşlı Abdulla Mursi dostu ilə Qahirənin Kəlübiyyə rayonunda saxlanılıb. Polis əməkdaşları onların olduqları avtomobilin salonuna baxış keçirərkən siqaret qutusunda bir neçə qram narkotik maddə sayılan həşiş aşkarlayıb. Saxlanılanlar analiz verib ekspertizadan keçməkdən imtina ediblər.

Saxlanılanın böyük qardaşı Üsamə Mursi Twitter səhifəsində qardaşının heç siqaret belə çəkmədiyini qeyd edərək ona qarşı irəli sürülən ittihamı saxtalaşdırılmış adlandırıb.

Sizin Reklam Yeriniz