Əlaqə Arxiv
news Image
2014.03.02
10:48
| A A A
NATO Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək
NATO müttəfiqləri Ukraynada yaranmış mürəkkəb vəziyyətlə bağlı öz addımlarını sıx əlaqələndirəcəklər. Movqe.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. "NATO Şurasının görüşü martın 2-də, NATO-Ukrayna Komissiyasının yekunlarına dair keçiriləcək", deyə Anders Foq Rasmussen "Tvitter"dəki səhifəsində bildirib. NATO Şurasının iclasının martın 2-də, günün ikinci yarısında keçiriləcəyini təşkilatın rəsmi nümayəndəsi Oana Lunqesku da təsdiqləyib.Lunqesku bunun ardınca NATO-Ukrayna Komissiyasının iclasının baş tutacağını bildirib.

Sizin Reklam Yeriniz