Əlaqə Arxiv
news Image
2014.03.02
18:01
| A A A
Rusiya ordusu Ukraynaya girdi - VİDEO

Kütlə Ukrayna bayraqlarını cırıb, "Rədd olsun Bandera!", "Donetsk Rusiya şəhəridir!" şüarları səsləndirilib

Hazırda Rusiya ordusunun hərbi kolonnası Ukraynanın Zaporojye vilayəti ilə irəliləyir.

Bu barədə yerli mətbuat öz mənbələrinə istinadən yazır.

Mənbə həmçinin bildirir ki, Rusiya hərbçilərinin kolonnası Çonqar yarımadasından keçərək, Zaporojye vilayətinə daxil olub.
Mənbə əlavə edib ki, Kiyevdəki siyasi rəhbərlik bu faktdan xəbərdardır, amma heç bir tədbir görmür.

Ukraynanın Xarkov və Donetsk şəhərlərində bu gün vilayət rəhbərliklərinin binalarından Ukrayna bayrağı endirilərək yerinə Rusiya bayraqları taxılıb.

Hər iki şəhərdə mitinqlər keçirilib. Donetskdə kütlə özünü Donbas xalq dəstələrinin komandiri adlandıran Pavel Qubarevi "xalq qubernatoru" seçiblər. Qubarev deyib ki, güc strukturları yeni seçkilərə qədər yeni qubernatora tabe olmalıdır. Kütlə Ukrayna bayraqlarını cırıb, "Rədd olsun Bandera!", "Donetsk Rusiya şəhəridir!" şüarları səsləndirilib.

Xarkovda isə Maydan tərəfdarları ilə Rusiya tərəfdarları arasında dava düşüb. Əvvəl maydançılar Rusiya bayrağını düşürərək Ukrayna bayraqlarını asa biliblər. Sonradan Rusiya tərəfdarları qələbə çalıb və Rusiya bayraqlarını yenidən vilayət rəhbərliyinin binasının üzərinə yerləşdiriblər.

Sizin Reklam Yeriniz