Marneulidə naməlum şəxslər azərbaycanlının maşınına partlayıcı qurğu yerləşdiriblər
Bazar günü Gürcüstanın Marneuli rayonunda bomba həyəcanı
yaşanıb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli
şəhərinin mərkəzi meydanında rayon Ədliyyə Evinin və "SOCAR
Gerorgia" şirkətinə məxsus benzindoldurma məntəqəsinin yaxınlığında
SSM 112 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə bomba
yerləşdirilib.Avtomobilin sahibi Hüseyn Hüseynov maşında bomba
olduğunu bilən kimi patrul xidməti əməkdaşını
məlumatlandırıb.Dərhal hadisə yerinin yaxınlığlnda olanlar təxliyə
edilib, əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb
edilib. Rayon mərkəzində yollar bağlanıb. Bir müddət sonra
partlayıcı qurğu zərərsizləşdirilib.Avtomobilin saghibi, Marneuli
şəhər sakini Hüseyn Hüseynov deyib ki, o, rayonun Rustaveli
küçəsində maşınını saxlayaraq, dərman almaq üçün yol kənarındakı
aptekə girib. Çıxanda isə tanımadığı şəxslərin maşınının
siqnalizasiya yerinə yaxın partlayıcı qurğu yerləşdirdiklərini
bilib və polis patrul xidmətinə xəbər verib.Hadisə ilə bağlı
hüquq-mühafizə orqanları araşdırma aparır.