İki Ukrayna hərbi birləşməsi Rusiya hərbçilərinə təslim olub
Ukraynanın iki hərbi birləşməsi Rusiya hərbçilərinə təslim olub. Bu
barədə informasiyanı Ukrayna mətbuatına Sudak şəhərindəki
hərbiçilər verib.Təslim olanların zenit raket və radiotexnika hərbi
hissələri olduğu bildirilib. Onların bütün silahlarının artıq rus
hərbiçilərinin əlində olduğu deyilib.Başqa bir məlumata əsasən isə
Feodisiya və Sudakın dəniz piyadaları təslim olmaqdan imtina
ediblər. Onlar artıq rus hərbçiləri ilə baş verə biləcək döyüşə
hazırlaşdıqlarını vurğulayıblar. Döyüşlərə aktiv şəkildə Krım
tatarları və ehtiyatda olan zabitlərin də hazırlaşdığı
söylənilib.Qeyd edək ki, Perevalno kəndində yerləşən Ukrayna
ordusuna aid 39-cı alaya Rusiya xüsusi təyinatlıları tərəfindən
yarım saat sonra hücum olunması nəzərdə tutulub. Hərbi hissədən
verilən məlumata görə, alayın komandiri son ana qədər döyüşmək
haqqında əmr verib.