Əlaqə Arxiv
news Image
2014.03.02
20:26
| A A A
Qanunsuz reklamların yayımı dayandırıldı
İstehlakçıların aldadılması hallarının qarşısı alınıb.Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Seymur Cəfərova məxsus mağazada yoxlama aparıb.Movqe.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirdiklərinə görə, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.Mağazanın pəncərələrində "Endirim 30 faiz, 60 faiz" məzmunlu reklamlar yerləşdirilsə də, malların qiymətinə endirim tətbiq edilmədiyi aşkarlanıb.Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol verən fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Sizin Reklam Yeriniz