Əlaqə Arxiv
news Image
2014.03.03
10:25
| A A A
Məhkumların kamerasından telefon çıxdı

İstintaq təcridxanasında və cəzaçəkmə müəssisində qadağan olunmuş vasitələr aşkar olunub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Hacımurad Fazil oğlu Lülüyevin üzərinə və kamerasına baxış keçirilən zaman yataq yerində gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 206.3; 234.4.1; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Elşən Ələddin oğlu Yusifovun üzərinə və kamerasına baxış keçirilən zaman yataq yerində gizlədilmiş, daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Oriflame" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır.


Sizin Reklam Yeriniz