Əlaqə Arxiv
news Image
2014.03.03
11:11
| A A A
G7 ölkələri Rusiya hökümətini qınadı

 Rusiyanın G8 ortaqlaqları diplomatik cəhdləri təhlükəyə atan Ukraynadakı Moskva hərbiçilərini qınayıb. "Biz Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və öz gələcəyini seçmək hüququnun dəstəklənməsi məsələsində həmrəyik"- G7 ölkələri Ukrayna ilə bağlı birgə bəyanatla çıxış ediblər. Dünyanın 7 əsas sənaye qüvvələi iyunda Soçidə keçiriləcək G8( Böyük səkkizliyin) sammitinin hazırlıqlarını təxirə salıb. Həmçinin Avropa Birliyi xarici işlər nazirləri Brüsseldə keçiriləcək fövqəladə sessiyaya hazırlaşır. Rusiya hərbi dəstələri isə Krım yarımadasındakı hərbi qüvvələrini gücləndirməyə davam edir.

Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Ukrayna müvəqqəti höküməti isə müharibə elan edən Rusiyanı və onun səfərbərlik təlimatı alan ordusunu qınayıb. Lakin Qərb dövlətlərinin indiyə qədər Rusiya Prezidenti Vladimir Putinin ordunu geri çağırması üçün  etdiyi cəhdləri isə nəticə verməyib.  Putin bildirir ki, Rusiyanın öz maraqlarını qorumaq , Kırımdakı və Ukraynanın digər bölgələrindəki rusdili xalqı qorumaq hüququ var. BMT baş katibinin müavini həqiqətlərdən xəbərdar olmaq üçün bazar günü Ukraynaya gedəcəyini deyib. BMT baş katibi Ban Ki Mun Birləşmiş Millətlərin vəziyyəti tənzimləmək üçün növbəti addımlar atacağını deyib.

 

Sizin Reklam Yeriniz