9 ovçu 9000 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası
Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış
çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının
alınması məqsədilə ölkə ərazisində növbəti reydlər
keçirilib.
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ayrı-ayrı regionlarda qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı keçirilmiş reydlər zamanı 10 nəfər saxlanılaraq, onlardan ümumilikdə 10 ov tüfəngi, 47 patron və qanunsuz ovlanılmış 10 quş götürülüb. Faktlarla bağlı akt və protokollar tərtib edilərək 9 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 9000 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 1 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi sübut kimi götürülmüş ov silahı isə təqsirkar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.