Təhsil Nazirliyi ərizə qəbuluna başladı
Azərbaycan Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının
üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlayıb.Təhsil
Nazirliyindənverilən məlumata görə, ərizə qəbulu "Dərslikləri
Qiymətləndirmə Şurası haqqında Əsasnamə"nin 2.5-ci maddəsinə uyğun
olaraq aparılır.Şuranın üzvlüyünə seçilmək istəyənlər bu gündən
başlayaraq martın 18-dək elektron formada müraciət edə
bilərlər.Şura üzvlüyünə seçilmək üçün ali təhsilli, ən azı 5 il
pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən
şəxslərə aid deyil) mütəxəssislər elektron formada ərizə verə
bilərlər.