Ermənilər suyumuzu bulandırır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf
Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd
çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə
vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün
növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, fevral ayının
III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayınının II
ongünlüyünə nisbətən 36 m3/san artaraq 168 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə
olunub. Suyun tərkibindəki spesifik
çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH)
keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 5, Ağstafaçayda və
Ağstafaçay su anbarında isə 4 dəfə YVQH-ni
keçib. Fevral ayının III ongünlüyündə
aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə
fenollar 3, I Şahsevəndə və Bəhramtəpədə isə 4 dəfə YVQH-ni
keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.56-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.56-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.