Əlaqə Arxiv
news Image
2014.03.04
10:30
| A A A
Bakı-Sumqayıt yolunda böyük tıxac
Bakı-Sumqayıt yolunun 12 kilometrliyində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Magistral yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində "Hyunda", "VAZ 2115" və "Nissan" markalı maşınlar toqquşub.  Hadisə nəticəsində "Hyundai"nin sürücüsü 37 yaşlı İbrahim Məmmədov və sərnişini xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Yaralılar ətrafdakıların köməyi ilə, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Qəzadan sonra hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb edilib. Araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "VAZ 2115" markalı avtomobilin sürücüsü Rafiq Qasımov səbəb olub. Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Qəza ilə bağlı Bakı-Sumqayıt yolunda uzun müddət tıxac meydana gəlib. Qəzada iştirak edən avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra əraziyə gələn yol patrul xidmətinin əməkdaşları magistral yolu açaraq nəqliyyatın normal hərəkətini təmin edə bildilər.  Faktla bağlı Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəifndən araşdırmalar davam etdirilir.


Sizin Reklam Yeriniz