Əlaqə Arxiv
news Image
2014.03.04
10:57
| A A A
Rusiyadan Ukraynaya ultimatum

Ukrayna Müdafiə Nazirliyi , Rusiyanın Krımdakı Ukrayna qüvvələrinə , təslim olmaları üçün çərşənbə axşamı səhəri Bakı vaxtilə 07.00-a qədər vaxt verdiyini bildirib.


Movqe.Az xəbər verir ki, Ukraynalı səlahiyyətlilərə görə , ultimatum , Rusiyanın Qaradəniz Desantı Komandiri Aleksandr Vitko tərəfindən verilib.


Lakin Rus İnterfaks agentliyi spikerinin ultimatumu rədd etdiyi bildirilib.


Rus donanmasının Qara dəniz Desantı , Krımdakı Sevastopol Limanını baza olaraq istifadə edir.

Sevestapoldakı BBC müxbiri Mark Loven Krımın faktiki olaraq Rus ordusunun nəzarətində olduğunu bildirib.

Loven Ukraynanın bölgədəki iki əsas hərbi bazasının əhatəyə alındığını, aerodrom kimi kilid yerlərin işğal edildiyini , Rus birliklərinin sayca Ukrayna əsgərlərindən çox olduğunu və Krıma gedən yolların kəsildiyini söyləyib.


Rusiya son olaraq əsgərlərinin ölkənin maraqlarını və vətəndaşlarını qorumaq üçün Ukraynadakı siyasi vəziyyət normallaşana qədər ölkədə qalacağını açıqlamışdı.


Xarici işlər naziri Sergey Lavrov , Rusiyanın "həddindən artıq milliyyətçi hədələrə qarşı insan haqqlarını müdafiə etdiyini " söyləmişdi.


Rusiya Parlamenti , prezident Viktor Yanukoviç ötən həftə Şənbə günü Ukraynaya əsgər sövq etməsi üçün Prezident Vladimir Putinə səlahiyyət vermişdi.



Sizin Reklam Yeriniz