Əlaqə Arxiv
news Image
2014.03.04
11:21
| A A A
İmtahanın nəticəsi bu axşam açıqlanacaq

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014-2015-ci tədris ili üzrə martın 2-də keçirilən qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar komissiyanın Facebook səhifəsi vasitəsilə təqdim olunacaq. Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Qeyd edək ki, qəbul imtahanında iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində keçirilib. Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may - 1 iyun tarixlərində olacaq.

Sizin Reklam Yeriniz