Qiymətlər 30 faiz aşağı salınacaq,yumurta,toyuq əti ucuz satılacaq
Novruz bayramı ərəfəsi təşkil ediləcək kənd təssərrüfatı
məhsullarının satış yarmarkasında qiymətlər bazar qiymətindən 20-30
faiz aşağı olacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli
Hacıyev Movqe.az-a açıqlamasında bildirib
ki, bayram yarmarkalarında quş əti və yumurtanın qiymətində
nəzərəçarpacaq endirim olacaq: "Bayram yarmarkalarında satışa
çıxarılacaq kənd təssərrüfatı məhsullarının həm keyfiyyətinə, həm
də qiymətinə nəzarət olunacaq. Çalışacağıq ki, satışa çıxarılacaq
məhsullar bayram süfrəsinə layiq olsun. Qiymətləri isə ucuz olsun.
Bundan başqa yarmarkaya gətiriləcək məhsulların çeşidi
artırılacaq".
M. Hacıyev bildirib ki, yarmarkalarda səyar labarotoriyalar da fəaliyyət göstərəcək.