Əlaqə Arxiv
news Image
2014.03.04
16:55
| A A A
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb.


APA-nın xəbərinə görə, bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəsi vasitəsilə təqdim olunacaq.

 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi respublikanın 6 şəhərində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib

Sizin Reklam Yeriniz