Krımın statusu ilə bağlı referendum martın 30-da keçiriləcək
Krımın statusu ilə bağlı referendum təxirə salınmayaraq martın
30-da keçirəcək.Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi
xəbərə görə, bu barədə Muxtar Respublikanın parlamentinin spikeri
Vladimir Konstantinov deyib. "Referendumun tarixi
dəyişdirilməyəcək. Hamı razıdır ki, referendumun vaxtını qabağa
çəkmək təşkilati problemlərə görə çox təhlükəlidir", deyə
Konstantinov bildirib. O əlavə edib ki, referendumun hazırlığı ilə
bağlı təşkilati məsələlərinin həlli üçün Ali Şuranın azı iki iclası
keçirilməlidir.