Əlaqə Arxiv
news Image
2014.03.04
23:43
| A A A
Avropa İttifaqı Ukraynanın Rusiyaya olan qaz borcunu ödəyəcək
Bu sözləri Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger deyib Avropa İttifaqı Rusiyanın "Qazprom" şirkətinin borclarını ödəmək üçün Ukraynaya 2 milyard dollar yardım etməyə hazır olduğunu bəyan edib.Movqe.az-ın məlumatına görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger deyib. Onun sözlərinə görə, Ukraynanın böyük məbləğli börclarını ödəmək ittifaqın əsas prioritetlərindən biridir.Bu arada məlum olub ki, Ukraynanın qaz borclarını ödəmək üçün ABŞ da 1 milyard dollar yardım edə bilər.Ukrayna məsələsi Avropa Birliyinin martın 6-da keçirəcəyi sammitdə müzakirə olunacaq. Və sammitdə Ukraynaya maddi dəstək məsələsi həllini tapa bilər. Rəsmi Brüssel Ukraynaya 610 milyon avro dəstək verəcəyi bildirilir. Ukrayna höküməti isə təcili 25 milyard dollar ehtiyacının olduğunu açıqlayıb. Beynəlxaq Valyuta Fondu qısa müddət ərzində Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 15 milyard dollar kredit ayırmağı planlaşdırır.Bazar günü "Böyük yeddilik" ölkələrinin maliyyə nazirlərinin toplantısında BVF-nin Ukrayna iqtisadiyyatına dəstək vermək məsələsi müzakirə olunacaq.
Sizin Reklam Yeriniz