Əlaqə Arxiv
news Image
2014.03.05
13:59
| A A A
Ötən il ərzində Azərbaycandakı cəzaçəkmə müəssisələrində 102 ölüm halı baş verib

Ötən il ərzində 16586 təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tibbi müayinədən keçirilib.


APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatında qeyd olunub.

 

Məlumata görə, il ərzində cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələrində vəziyyət yaxşılaşdırılıb, sağlamlıq otaqlarının sayı 14-ə çatdırılıb.

 

Hesabatda qeyd olunub ki, görülmüş tədbirlər nəticəsində 2012-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı 23 faizədək azalıb. Belə ki, 2012-ci ildə 133 , 2013-cü ildə isə 102 ölüm halı qeydə alınıb. O cümlədən vərəmdən ölənlərin sayı 33 faizdən çox azalıb. 2012-ci ildə vərəmdən ölənlərin sayı 26, 2013-cü ildə isə 16 nəfər olub.  

Sizin Reklam Yeriniz