Azərbaycan Dövlət İqtisad Universitetinə yeni rektor təyin olunub
Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU)
rektoru təyin edilib. Movqe.az xəbər verir ki,bu
barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam
imzalayıb. Qeyd edək ki, ADİU-nun rektoru millət vəkili
Şəmsəddin Hacıyev idi.Dövlət başçısının digər sərəncamı ilə Ş.
Hacıyev rektor vəzifəsindən azad edilib.