Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlandı
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 80 insan
alveri və 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə
alınıb. Movqe.az-ın məlumatına görə, bu
barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər kabinetinin
2013-cü il hesabatında qeyd olunub. Əməliyyatlar nəticəsində 12
nəfərdən ibarət cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazaidd
əməllərin qurbanı olan 56 şəxs müəyyən edilib. İnsan alevinin
uqrbanlarından olan 37 nəfər sığınacağa yerləşdirilib, onların
tibii, psixoloji yardımlar almaları təmin edilib. Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkən 50
nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 13 nəfərə isə
insan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.