Əlaqə Arxiv
news Image
2012.04.06
03:33
| A A A
Avropada Azərbaycan üçün ciddi təhlükə yaranır
Avrozona ölkələrinin üzləşdikləri tənəzzül ölkəmizdə dollara tələbatın artmasına gətirib çıxara bilər

 

östərilən bütün cəhdlərə rəğmənAvropa dövlətləri hələ  üzləşdikləri iqtisadi tənəzzüldən yaxa qurtara bilmirlərƏksinəreal durum "köhnə qitə" iqtisadi vəziyyətin getdikcə pisləşməkdə olduğunu üzə 


Avropa
İttifaqının yardımlarına baxmayaraq, bu il Yunanıstanda 5 faizlik iqtisadi geriləmə müşahidə olunacaq. Bundan əlavə ilin sonunadək işsizlik göstəricisinin 20 faizə qədər artacağı gözlənilir. Parlament seçkilərindən sonra isə ixtisarlarla bağlı plan həyata keçiriləcək. Planın yaxın aylarda parlamentdə qəbul ediləcəyi gözlənilir. Yeni layihə təsdiq edilərsə, dövlət sektorunda çalışan təxminən 50 minə yaxın işçi vəzifəsini itirəcək. Fondun bəyanatında oxşar vəziyyətin İspaniyada da davam edəcəyi bildirilir. Artıq baş naziri Mariano Raxoy ölkə əhalisinə səslənərək, yaxın vaxtlarda daha sərt iqtisadi tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib. İspaniyanın xarici borclarında da kəskin artım müşahidə olunacaq. Belə ki, hazırda ümumdaxili məhsulun təxminən 68.5 faizinə bərabər olan xarici borc, ilin sonunda 80 faizə çatacaq. Bu isə son 17 ilin ən yüksək göstəricisidir. Bu arada 2012-ci ildə Niderlandda da iqtisadi geriləmə müşahidə oluna bilər. Lakin gələn ildən iqtisadi geriləmənin tamamilə aradan qaldırılacağı bildirilir.çıxarır
Bunu "İqtisadiyyat  sənaye araşdırmaları fondu"nun açıqlamaları da təsdiq edirHesab olunur kiAvropada iqtisadi tənəzzül bu ilin sonunadək davam edəcəkBildirilir kiproblemxüsusən Avrozona ölkələrində daha kəskin şəkildə özünü göstərəcək. Göstərilən
bütün cəhdlərə rəğmən, Avropa dövlətləri hələ üzləşdikləri iqtisadi tənəzzüldən yaxa qurtara bilmirlər. Əksinə, real durum "köhnə qitə" iqtisadi vəziyyətin getdikcə pisləşməkdə olduğunu üzə çıxarır. Bunu "İqtisadiyyat sənaye araşdırmaları fondu"nunaçıqlamaları da təsdiq edir. Hesab olunur ki, Avropada iqtisadi tənəzzül bu ilin sonunadək davam edəcək. Bildirilir ki, problem, xüsusən Avrozona ölkələrində daha kəskin şəkildə özünü göstərəcək.

Şübhəsiz ki, istənilən halda, Avropa iqtisadi böhranı müqavimət gücünün böyük olmasına baxmayaraq, Azərbaycana da təsir edir. Ekspertlər qeyd edir ki, Avropa böhranı Azərbaycanda müxtəlif sahələrə təsir edir. Məsələn, Avropa ilə həyata keçirilən ticarət əməliyyatlarının həcmi azalır. Bununla yanaşı, hesab olunur ki, artıq ikinci dalğası başlamaqda olan qlobal maliyyə böhranı Azərbaycanın səhm bazarına da böyük təhlükə yaradır. İqtisadçılar avrozonadakı böhranın Azərbaycana sərmayə qoyuluşlarının azalması ölkəmizin vəsaitlərinin qoyulduğu qiymətli kağızların dəyərdən düşməsi ilə təsir göstərə biləcəyini bildirir.

Ancaq böhranın ikinci dalğasının qarşısı alınmayacağı təqdirdə, onun təsirinin ölkə iqtisadiyyatına daha böyük olacağı şübhə doğurmur. Ekspertlər, digər əhəmiyyətli təsirlərdən biri kimi, neftin dünya bazarında qiymətinin azalmasından danışır. İqtisadçıların fikrincə, böhran olarsa, neftin bir barrelinin qiyməti 2012-ci ildə 40 dollara qədər azala bilər.

Qeyd olunduğu kimi avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Belə ki, Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib-çıxarmaqla yanaşı, həm ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmini azalda bilər. Neft gəlirlərinin bir hissəsinin məhz avroda saxlanılması da ziyanın olacağından xəbər verir. Proqnozlara görə, bu proses hələ bir müddət davam edəcək buna paralel olaraq avronun dəyərdən düşməsi baş verəcək. Hətta belə fikirlər səslənir ki, avro dolların kursu ilə bərabər səviyyəyə düşəcək. Bu halda investorlar avrodan imtina etməyə başlayacaq. Bu da dünya bazarında dolların bahalaşmasına gətirib çıxaracaq. Bəzi ekspertlər isə hesab edir ki, avronun ucuzlaşması dolların bahalaşmasına səbəb olacaq. Dollara tələbatın artması isə bu valyutanın qıtlığına gətirib-çıxara bilər.

Xatırladaq ki, bu günlərdə "Reuters" informasiya agentliyi iqtisadçı ekspertlər arasında sorğu aparıb. Onların böyük əksəriyyəti bu ilin avrozona üçün yaxşı olacağı haqda xoş proqnoz verməyib. Belə ki, bir sıra aparıcı iqtisadi nəhəng ölkələri böhran bürüyəcək, avro hazırkı mövcudluğunu itirəcək, neftin qiyməti əhəmiyyətli dərəcədə düşəcək, dünya fond bazarları isə ötən ildə verdiyi itkiləri bütünlüklə bərpa edə bilməyəcək. "Reuters"in apardığı irimiqyaslı sorğu göstərir ki, Avropa iqtisadiyyatının böhranı növbəti ildə dərinləşməkdə davam edəcək. İqtisadçıların böyük əksəriyyəti hesab edir ki, 2012-ci ildə avrozona hazırkı mövcud vəziyyətini itirəcək.

Avrozonadakı böhranın Azərbaycana təsirini azaltmaq üçün hesab olunur ki, ilk növbədə manatın kursunun sabit saxlanılması üçün görülən tədbirlər davam etdirilməlidir. Həmçinin o da müsbət hal sayılır ki, Azərbaycanın maliyyə bazarı böhranı özündə hiss edə biləcək səviyyədə dünya iqtisadiyyatına inteqrasiya etməyib. Bununla yanaşı Azərbaycan iqtisadiyyatı böhranın təsirindən tam sığortalanmayıb.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz