Əlaqə Arxiv
news Image
2014.03.06
14:35
| A A A
Heydər Əsədovdan monitorinq tapşırığı

Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Bu barədə Movqe.az-a DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəli deyib ki, bir sıra kütləvi informasiya vasitələrində İran İslam Respublikasının Mazandaran əyalətinin (İRNA agentliyinə istinadən) Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvalar üçün təhlükəli olması barədə məlumatlar yer alıb: " Bu məlumatlara istinad edən Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Bu göstərişə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqrama göndərib. Telefonoqramada ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib".

Sizin Reklam Yeriniz