Əlaqə Arxiv
news Image
2014.03.06
21:23
| A A A
Bakı metrosunda özünü qatarın altına atan gəncin kimliyi məlum oldu

Onun Bakı Dövlət Universitetinin I kursunda təhsil aldığı bildirilir

Ötən gün Bakı Metropoliteni "Ulduz" stansiyasında qatarın altına yıxılan gəncin kimliyi məlum olub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsindən anspress-ə verilən əmlumata görə, gənc özünə gəlib. O, kimliyi barədə məlumat verib.


Məlum olub ki, bu 18 yaşlı Dövran Mübariz oğlu Həsənovdur. Onun Bakı Dövlət Universitetinin I kursunda təhsil aldığı bildirilir.


"Gənci yenidən yatızdırmışıq. Hazırda onun vəziyyəti son dərəcə ağırdır. Çox danışmağa qoymuruq. İndi gəncin yaxınları axtarılır", - deyə reanimasiya şöbəsindən bildirilib.


Qeyd edək ki, dünən axşam saatlarında metronun "Ulduz" stansiyasında sərnişin qatarın altına yıxılıb. Hadisə zamanı qatarın altına düşən 18 yaşlı oğlanın sağ qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz