Əlaqə Arxiv
news Image
2014.03.06
18:27
| A A A
Azərbaycan cüdoçusu Elxan Məmmədov dünya reytinq cədvəlində liderliyini qoruyub

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Movqe.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün heç də uğurlu alınmayıb. Belə ki, az öncə Hacıağa Hacıəhmədova tapşırılan, lakin onun rəhbərliyi altında hələ beynəlxalq yarışlara qatılmayan yığmamızın heyətində yalnız Kifayət Qasımova (57 kq) mövqeyini yaxşılaşdırıb. O da rəqibinin geriləməsi səbəbindən 21-ci pilləni 20-ci yerə dəyişib.Onunla müqayisədə Tərlan Kərimov (66 kq), Tural Səfquliyev (81 kq) və Ramilə Yusubova (63 kq) geriləyiblər. Bu idmançılar müvafiq olaraq, 57-ci, 42-ci və 69-cu yerə eniblər.Digər cüdoçularımız - İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) isə mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 12-ci, 18-ci, 8-ci, 71-ci, 7-ci, 1-ci və 9-cudurlar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

Sizin Reklam Yeriniz