Bakıda naməlum kişi meyidi tapıldı
Zabrat qəsəbəsində naməlum kişi meyidi görənləri təşvişə salıb
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində kişi meyidi tapılıb. Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, 1 may küçəsində baş verib.
Tapılan meyit təxmini 30-35 yaşlarında kişidir. Meyidin üzərində zorakılıq əlamətləi müşahid olunmur.
Hazırda meyidin kimliyi araşdırılır. Faktla bağlı araşdırma qrupu yaradılıb.