Əlaqə Arxiv
news Image
2014.03.07
11:38
| A A A
Bakıda nənə və nəvə vəhşicəsinə döyüldü

Ötən gün Bakının Qaradağ rayonu ərazisində, Sahil metrosu yaxınlığında, M.Seyidov A ünvanında nənə və azyaşlı nəvəsi vəhşicəsinə döyülüb. Qaradağ rayonu 38-ci polis bölməsindən Anspress-ə verilən məlumata görə, saat 16:54 radələrində metro yaxınlığında baş verən hadisə zamanı 64 yaşlı Mirvari Atakişiyevavə nəvəsi 4yaşlı nəvəsi Mirvari Atakişiyeva möhkəm döyülüb.


Hadisə küçədə, insanların gözü qarşısında baş verib. Onlara naməlum şəxs hücum edib. Həmin şəxs nəvə ilə nənəsinə yumruq və təpik zərbələri vurub.


Hadisə nəticəsində nənədə kəllə-beyin travması, nəvədə isə üzün əzilməsi diaqnozu qoyulub. Onaların kim tərəfindən və nə səbəbə döyülməsi hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz