Əlaqə Arxiv
news Image
2014.03.08
11:05
| A A A
BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası təxirə salınıb

   

Kiyevin təşəbbüsü ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının növbəti iclası martın 10-dan tez baş tutmayacaq.

Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Yeqor Pivovarov bəyan edib.

"Şənbə gününə planlaşdırılan iclas təxirə salınıb", deyə Pivovarov bildirib. Hazırda iclasın martın 10-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, son həftə ərzində BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə dörd görüşü baş tutub. Onlardan ikisi açıq, daha ikisi bağlı iclas rejimində keçirilib.

Sizin Reklam Yeriniz